Şirvanda 34 min manatlıq naqil oğurlanıb, üç nəfər saxlanılıb

A- A A+

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən obyektlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mübariz Mütəllimov, Tural Yusifov və Tacir Əliyev saxlanılıblar.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu şəxslər obyektdən 34000 manat dəyərində mis naqil oğurlayaraq metal qəbulu məntəqələrinə satıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: