Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının beynəlxalq taktiki-uçuş təlimi başa çatıb - VİDEO

A- A A+

Azərbaycan, Misir və Türkiyə hərbi pilotlarının iştirakı ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı – 2026" beynəlxalq taktiki-uçuş təlimi başa çatıb.

Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Təlimdə Azərbaycanı təmsil edən Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin Su-25 hücum təyyarələri Vətənə qayıdıb.

Qeyd edək ki, döyüş effektivliyinin, uyarlılığın və birgə tapşırıqların icrasında hərbi qulluqçularımızın nümayiş etdirdiyi peşəkarlıq təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: