Culfada avtomobil 65 yaşlı piyadanı vuraraq öldürüb.
NUHÇIXAN xəbər verir ki, hadisə Əbrəqunus-Güznüt avtomobil yolunda qeydə alınıb.
Belə ki, Culfa rayonunun Kırna kənd sakini, 1998-ci il təvəllüdlü Yusif Şakir oğlu Xudaverdiyevin idarə etdiyi "VAZ-21074" markalı avtomobil Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Muxtar Ağabala oğlu Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
