Okean suyunun turşulaşması milyonlarla insan üçün təhlükə yaradır

A- A A+

İstixana qazlarının atmosferə emissiyası nəticəsində təkcə qlobal temperatur deyil, həm də okean suyunun turşulaşması artır. Alimlər yeraltı vulkanlar zamanı əmələ gələn ekoloji sistemi əsas götürərək nəticələri modelləşdiriblər.

NUHÇIXAN “Haytek+” saytına istinadla bu barədə xəbər verir.

Yaxşı məlumdur ki, istixana qazlarının qatılığının, ilk növbədə karbon qazının artması qlobal temperaturun yüksəlməsinə səbəb olur. Lakin bu prosesin digər təhlükəli fəsadı da var – dünya okeanı suyunun turşulaşması. Karbon qazı suda həll olaraq onun turşuluğunu artırır və bu da bütün dünyada su ekosistemini korlayır.

Plimut Universiteti və Sukuba Universitetindən olan tədqiqatçılar bir neçə il ərzində pH səviyyəsinin aşağı düşməsinin Yaponiya sahillərində yaşayan dəniz canlılarına necə təsir etməsini öyrəniblər. Onlar yeni işlərində laboratoriya təcrübələrinin məlumatlarını və vulkanik fəallıq nəticəsində əmələ gələn təbii karbon tullantılarının yarandığı ekoloji sistemə dair müşahidələrin nəticələrini birləşdiriblər.

Bu tip regionlarda suyun turşuluğunun səviyyəsi artıq bu gün yaxın onillikdə bütün dünyada suyun necə olacağına uyğun gəlir.

Tədqiqatçılar komandası belə qənaətə gəlib ki, mərcanların, molyuskların və digər orqanizm skeletlərinin kalsium əsasında əmələ gətirdikləri riflər okean suyunun turşulaşmasına çox həssasdırlar. pH səviyyəsi aşağı olduqda onların öz skeletlərini və balıqqulaqlarını yaratmaq daha çətindir. Mahiyyət etibarilə riflər yavaş-yavaş əriyir, onların yerini isə yosunlar tutur. Buna bənzər proseslər tropiklərdə, subtropiklərdə və mülayim iqlim zonalarında da baş verir.

Lakin bu, dağılma prosesinin yalnız başlanğıcıdır. Suyun turşulaşması nəticəsində zərər çəkən riflər sahili nə fırtınalardan qoruya, nə də ovluq balıqların və molyuskların sağlam populyasiyasını dəstəkləyə bilər.

Bu, sahilboyunda yaşayan və okean resurslarından asılı olan milyonlarla insanın rifahı üçün birbaşa təhlükədir.

Okean insan tərəfindən atmosferə atılan karbon qazının 25 faizini özünə çəkir. Bu, səth sularının pH səviyyəsinin ildə 0,002 vahid aşağı salınmasına gətirib çıxarır. İri sosial və iqtisadi fəsadlarla nəticələnən bu dərəcə sürətli dəyişikliklər həlledici tədbirlərin görülməsini tələb edir. Tədqiqat müəllifləri BMT-nin üzvü olan dövlətləri “Okeanlar üçün Paris Sazişi”ni – okean suyunun turşulaşmasına qarşı mübarizə məqsədilə beynəlxalq paktı imzalamağa çağırırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: