Naxçıvanın bəzi ərazilərində su kəsiləcək

A- A A+

Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində iyulun 10-da suyun verilişində fasilə olacaq.

NUHÇIXAN xəbər verir ki, diametri 355 millimetr olan magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar həmin gün saat 00:00-dan etibarən Naxçıvan şəhərinin Zərifə Əliyeva, Əliqulu Qəmküsar küçələri, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan, 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri, həmçinin Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərinin su təchizatında gün ərzində müvəqqəti fasilə yaranacaq.

Qəzanın aradan qaldırılmasından sonra suyun əvvəlki rejimlə verilişi bərpa olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: