BMT-nin Qida Standartları Komissiyası allergiya riski daşıyan qidalarla bağlı yeni təlimatı təsdiqləyib

A- A A+

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qida Standartları Komissiyası ehtiyat xarakterli allergen etiketlənmənin istifadəsinə dair yeni beynəlxalq təlimatı qəbul edib.

NUHÇIXAN xəbər verir ki, mərkəzi Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı açıqlamada bildirilib ki, təlimat bu gün Qida Standartları Komissiyasının Cenevrədə keçirilən iclasında qəbul olunub.

Təlimatın FAO-nun və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkil etdiyi 7 ekspert məsləhətləşməsi nəticəsində hazırlanmış elmi tövsiyələr əsasında tərtib olunduğu vurğulanıb.

Bu təlimatın dünya üzrə qida allergiyası olan istehlakçılar üçün məhsul etiketlərində istifadə edilən “ehtiva edə bilər” ifadələrinin daha aydın, elmi əsaslı və vahid şəkildə tətbiq olunmasına doğru mühüm addım olduğu qeyd edilib.

Həmçinin diqqətə çatdırılıb ki, qida allergiyaları dünya əhalisinin təxminən 4,3 faizinə təsir edir. Qida allergiyası olan istehlakçılar üçün məhsulların üzərində yer alan “ehtiva edə bilər” kimi ehtiyat xarakterli ifadələr isə onları mümkün allergen qalıqların riski barədə xəbərdar etməyə kömək göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: