HHQ və XTQ komandanları təltif olunub - FOTOLAR
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Havva Qüvvələri (HHQ) və Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanlarını təltif edib.
Bu barədə NUHÇIXAN-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, general-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Namiq İslamzadə fəxri fərman, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov isə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif olunublar.