Türkiyə zərərvericilərlə mübarizə məqsədilə Azərbaycana 20 min arı göndərib

A- A A+

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qara dəniz Kənd Təsərrüfatı Tədqiqatı İnstitutunda yetişdirilən 20 min “samuray arısı” zərərvericilərə qarşı mübarizəni yaxşılaşdırmaq məqsədilə ölkəmizin Zaqatala və Balakən rayonlarında vəhşi təbiətə buraxılıb.

NUHÇIXAN xəbər verir ki, Türkiyənin bir qrup kənd təsərrüfatı mühəndisi də bu arı növünün laboratoriya şəraitində yetişdirilməsi üzrə Azərbaycanda təlim kursları təşkil edib.

İnstitut zərərvericilərə qarşı mübarizə üçün bioloji metodların geniş tətbiqi də daxil olmaqla Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: