Əlahiddə Ümumqoşun Orduda yarış və müsabiqə keçirilib - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə,  2019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib. Yarışa daşınan zenit raket komplekslərinin və 23 mm-lik zenit qurğularının heyətləri, eləcə də hava düşmənini təqlid edən Ordu aviasiyası cəlb edilib. Yarış zamanı şəxsi heyətin ixtisas hazırlığı üzrə praktiki bacarıqları və bilik səviyyəsi yoxlanılıb, normativlərin şərtinə uyğun fəaliyyətləri qiymətləndirilib.

Bundan başqa, Əlahiddə Ümumqoşun Orduda səhra şəraitində əsgərlərin yemək və su tələbatını ödəmək üçün təyin edilmiş arxa təminatı avtomobil texnika və qurğularına baxış-müsabiqəsi keçirilib, qaliblər müəyyənləşdirilib. Hərbi hissə və bölmələr baxış-müsabiqəsində səyyar soyuducular, səyyar tipli çörək zavodları, su çənləri, səhra mətbəxləri və digər ləvazimatlarla iştirak ediblər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: