FHN ağır yol-nəqliyyat və suda boğulma hadisələri üzrə təlim keçirib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə “Ağır yol-nəqliyyat və suda boğulma hadisəsinin nəticələrinin aradan qaldırılması zamanı qəza və axtarış-xilasetmə işlərinin təşkili, təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

Bu barədə NUHÇIXAN-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimə FHN-in Muğan Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupunun və “Salyan Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının texnikası və şəxsi heyəti cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi və suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatlarının aparılması, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq deformasiyaya uğramış avtonəqliyyat vasitələrindən “zərərçəkmişlər xilas edilib”, həmçinin “suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs” sudan çıxarılaraq “ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: