Qırğızıstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları "Manas" gömrük postu ilə birgə əcnəbilərin psixotrop maddələri və güclü təsirə malik dərman preparatlarını qanunsuz yolla ölkəyə keçirmək cəhdinin qarşısını alıblar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qırğızıstan mediası ölkənin DİN-nə istinadən məlumat yayıb.
"2026-cı ilin əvvəlindən bu faktlar üzrə 14 xarici vətəndaş saxlanılıb. Qanunsuz dövriyyədən 600 həb, 150 kapsul və 10 sprey götürülüb. Zəruri istintaq tədbirləri aparılır", - qurumdan bildirilib.
