NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentində turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib.
“Turizm sahəsində startapların hazırlanması” mövzusunda keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov bildirib ki, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin turizm və otelçilik ixtisası təmsil etdiyi quruma hamiliyə verilib.
Bildirilib ki, yeni layihələrin həyata keçirilməsi məqsədilə Turizm Departamentində ekspert qrupu yaradılıb. Bu qurum yeni layıhələrə dəstək verməkdə mühüm rol oynayacaq. Startapların mövzusu ilə bağlı bildirilib ki, tələbələr və gənclər tərəfindən yaradılan yeni layihələr həm qlobal, həm də yerli şəraitdə istifadə oluna biləcək sahələrə həsr edilməlidir. Həmçinin turizmin otelçilik, tur operatorluq, turagentlik, turizmin növlərinin inkişafı, turist marşrutlarının hazırlanması və s. kimi bütün sahələri əhatə edə bilər.
Sonra tələbələr Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
Vüsal Muradov