NUHÇIXAN xəbər verir ki, Şərur rayonunun Yuxarı Daşarx kəndində, Arpaçayın sahilində 1 hektarlıq sahədə məhsuldar ərik tingləri əkilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əsgər Həsənov ərik tinglərinin aqrotexniki qaydada əkilməsi, sonrakı becərmə tədbirləri barədə məsləhət və tövsiyələrini verib.
Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri yaxından iştirak ediblər.
Qeyd edək ki, Naxçıvan-Sədərək magistralının kənarında, Arpaçayın sahilində salınan yeni ərik bağı ətrafı gözəlləşdirməklə bərabər, həm də iqtisadi baxımdan səmərə verəcək.
Məhəmməd Fərəcov