Batumi şəhərinin 131 illiyi qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aprelin 28-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin 131 illiyi qeyd edilib.

“Batumoba-2019” adı altında keçirilən bayram şənliklərində Azərbaycan da daxil olmaqla 13 ölkədən qonaqlar, eləcə də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov iştirak edib.

Batumi şəhərinin meri Laşa Komaxidze və Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Rijvadze qonaqlara şəhərin tarixi, Gürcüstanın sosial-iqtisadi inkişafındakı rolu barədə məlumat veriblər. Bildirilib ki, 1888-ci il aprelin 28-də Batumiyə rəsmi şəhər statusu verilib. Hazırda Batumi şəhəri siyasi, iqtisadi, humanitar və mədəni əhəmiyyətinə görə, dünya şəhərləri sırasında layiqli yer tutub. Batumi Azərbaycan da daxil olmaqla bir neçə ölkənin şəhərləri ilə əlaqələr qurub və qardaşlaşma haqqında memorandumlar imzalayıb. Diqqətə çatdırılıb ki, bugünkü tədbirdə dünyanın 13 ölkəsindən nümayəndə heyətinin və diplomatik korpusun əməkdaşlarının iştirak etməsi bunu sübut edir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov Batuminin şəhər statusu əldə etməsinin 131-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və şəhər sakinlərini təbrik edərək deyib ki, Naxçıvanla Batumi şəhəri arasında sıx dostluq və qardaşlıq əlaqələri mövcuddur. Keçirilən bayram tədbiri əlaqələrimizin daha da möhkəmlənməsinə öz təsirini göstərəcək, şəhərlərimiz arasındakı qardaşlıq münasibətlərini daha da genişləndirəcəkdir. Mirsənani Seyidov Azərbaycanın qədim Naxçıvan şəhərinin milli ornamentlərini özündə əks etdirən xalçanı xatirə olaraq Batumi şəhərinin meri Laşa Komaxidzeyə təqdim edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının tarixini, mədəniyyətini, müasir inkişafını və turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilib. Həmçinin Batumi bulvarında idman yarışları, konsert və müxtəlif əyləncəli proqramlar təşkil olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: