Qadınlarla reproduktiv sağlamlıq və ailə dəyərləri ilə bağlı maarifləndirici söhbət aparılıb

A- A A+

Komitədən NUHÇIXAN-a verilən məlumata görə, Şərur rayonunun Aşağı Yaycı kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib. Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq onun əhəmiyyətindən danışıb. Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikada tibbi xidmətin səviyyəsinin yüksəldilməsi nəticəsində sağlamlıq imkanları məhdud uşaqların sayı ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Qeyd olunub ki, Şərur rayonu üzrə sağlamlıq imkanları məhdud 432 uşaq var. Bu isə muxtar respublika üzrə bu cür uşaqların sayının 22 faizi deməkdir.  Şərur rayonunun Aşağı Yaycı kəndi üzrə 6 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 3-ü anadangəlmə, 3-ü sonradan qazanılmadır. Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim ginekoloqu Gültəkin Əliyeva qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq, həmçinin Şərur rayonu üzrə doğulan sağlamlıq imkanları məhdud uşaqların əsas xəstəliklərinin yaranması səbəbləri barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: