Şagirdlərə imtahanqabağı dəstək - FOTOLAR

A- A A+

“Gənclik Mərkəzi” ndə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinə “Biz ali məktəbə hazırlaşırıq” devizi altında “Şagirdlərin ali məktəblərə hazırlanmasına psixoloji dəstək” təlimi keçirilib.  

Naxçıvan Muxtar Respublikası Gənclər  və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, təlimin məqsədi şagirdlərin gələcək fəaliyyətlərində uğur qazanmaq üçün stimulun yaradılması, keyfiyyətli dərs oxumaq üsullarının, günlük çalışma proqramının düzgün qurulmasının təbliğidir. Həmçinin imtahanqabağı stressin və həyəcanın azaldılması üsullarının, uğurlu nəticələrin əldə edilməsi, asudə vaxtın səmərəli təşkil edilməsinin öyrədilməsidir.

Təlimdə  “Optimal Qrup” MMC-nin təlimçi-psixoloqu Güllü İmanova “Biz nə üçün dərs oxumalıyıq?”, “Keyfiyyətli dərs oxuma üsulları”, “Effektli günlük çalışma proqramının tərtib olunması”, “Dərs oxumağın keyfiyyətini aşağı salan faktorlar” və “İmtahan qabağı həyəcanın aradan qaldırılması” mövzularında slayd vasitəsilə təlim keçib. Mövzular ətrafında şagirdləri maraqlandıran sualları cavablandırıb.

400 nəfər şagirdin iştirak etdiyi təlim Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Optimal Qrup” MMC-nin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: