Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan–Sədərək magistral avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
NUHÇIXAN xəbər verir ki, hadisə ilə əlaqədar dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənərək ətrafa yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtomobilin elektrik qoruyucu şiti, kapot hissəsi və bir ədəd sol təkəri yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
