İyulun 12-də Naxçıvanın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən məlumat verilib.
Bildirilib ki, 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və Xalçaçılıq 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Bununla əlaqədar, iyulun 12-də saat 01:30-dan 05:00-dək Naxçıvan şəhərinin İstiqlal 111, 113, 115, 117 və 129-cu məhəllələrində, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, 54, 56, 59, 60 və 61-ci küçələrdə, Səməd Vurğun və Vüqar Abbasov küçələrində, Əliabad qəsəbəsində, Əcəmi məhəlləsində, Xətai küçəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd olunub ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir.
