Ordubad rayonunda qanunsuz balıq ovu edən və evində avtomat silahı saxlayan şəxslər saxlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad Rayon Polis Şöbəsinin  Biləv polis bölməsinə daxil olan məlumat əsasında bölmənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində  Nürgüt kənd sakini Haqverdiyev Musa Əli oğlu, Xurs kənd  sakini  Cabbarov Akif Ənvər oğlu qanunsuz ov etdikləri üçün saxlanıblar. Onlar Saqqarsu  çayının Nürgüt kənd ərazisindən  keçən hissəsində tilov vasitəsilə adı Qırmızı kitaba düşən və ovlanması qadağan edilən  qızıl balıq ovlayıblar.  

Hadisə yerinə baxış keçirilən zaman həmin balıqların  ovlanması zamanı  istifadə edilmiş iki ədəd tilov, bir ədəd bel çantası, balıqların  yığılması üçün nəzərdə tutulan bir ədəd vedrə maddi sübut kimi  aşkar edilib.

Eyni zamanda Cabbarov Akif Ənvər oğlu ilə aparılan söhbət zamanı etiraf edib ki, evində Rusiya Federasiyasında  istehsal olunmuş AKM-S markalı avtomat silah saxlayır. Qanunsuz saxlanılan silah, həmin silaha məxsus 30 ədəd mərmi və bir ədəd sandıq polis əməkdaşları tərəfindən sənətləşdirilərək götürülüb.

Hər iki  fakt üzrə həmin  şəxslər barəsində qanuna müvafiq  olaraq tədbirlər həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: