“Sosial Könüllülük Akademiyası”nın ilk məzunlarına sertifikatlar verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi ilə bağlı görüş  keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov bu istiqmətdə  qarşıya qoyulan vəzifələrdən danışıb.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Həmçinin, nazir qeyd edib ki, “Sosial Könüllülük Akademiyası”nı uğurla başa vuran gənclər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işlərə könüllü kimi cəlb olunacaqlar.

Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev sosial könüllülük layihəsinin həyata keçirilməsində əsas məqsəddən danışıb. Qeyd edib ki,  könüllülük fəaliyyəti sosial sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması imkanlarının artırılmasından ibarətdir.

Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondu tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib, iştirakçılara sosial könüllülüyün təşviqinə dair bukletlər paylanılıb, fərqləndirici nişanlar təqdim edilib.  

Tədbirdə, həmçinin, Naxçıvan Muxtar Respublikası Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə yaradılmış “Sosial Könüllülük Akademiyası”nın ilk məzunlarına  sertifikatlar da verilib.  Qeyd olunub ki, 3 ay davam edəcək fəaliyyət proqramı əsasında Akademiyanı uğurla başa vuran gənclər sosial müdafiə sahəsində könüllü kimi çalışmağa cəlb ediləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: