Komissiya nümayəndələri valideynlərlə görüşüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunda yerləşən 1 saylı tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya tərəfindən maarifləndirici görüş keçirilib.  Şahbuz rayonunda yerləşən ümumtəhsil məktəblərində tədrisə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, bu kateqoriyadan olan uşaqlara fənləri tədris edən müəllimlər və məktəb psixoloqları görüşdə iştirak edib. Məktəblərdə psixoloji xidmətin təşkili, sağlamlıq imkanları məhdud uşaqların tədrisdə iştirakının vəziyyəti, onların təhsili ilə bağlı psixoloqlar tərəfindən müşahidələr əsasında hazırlanan fərdi pro­qramlarla bağlı söhbətlər aparılıb. Komissiya üzvləri tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: