“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişikliyi üçüncü oxunuşda qəbul edilib

A- A A+

Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

NUHÇIXAN xəbər verir ki, qanun layihəsi qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsi və terminoloji uyğunluğun təmin edilməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.1.5-ci və 80.0.2.5-ci maddələrində yer alan "Audiovizual" sözü "Media və Yayım" sözləri ilə əvəz edilir.

Müzakirələrdən sonra Konstitusiya Qanunu layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: