Naxçıvanda tarla-seminar müşavirəsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Araz”  Elm İstehsalat Birliyinin yardımçı təsərrüfatında “Səmərəli becərilmə texnologiyalarının kənd təsərrüfatında tətbiqinin əhəmiyyəti” mövzusunda tarla-seminar müşavirəsi olub.

Müşavirədə Kənd Təsərrüfatı Nazirinin müavini, “Araz” Elm İstehsalat Birliyinin baş direkoru Fikrət Həsənov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən gətirilən texnika və texnoloji avadanlıqlardan istifadənin səmərəsi və müasir becərilmə texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışıb.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Əsgər Həsənov, Xaliq Abbasov və Valeh Mehdiyev zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması, növbəli əkinlərin tətbiqinin əhəmiyyəti, yeni texnika və texnoloji avadanlıqların məhsul istehsalında istifadə üsulları haqqında məlumat veriblər.

Müşavirədə  mövzu ətrafında digər  çıxışlar dinlənilib, verilən suallar cavablandırılıb.

Sonda müşavirə iştirakçıları toxum bankında toplanan muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğunlaşmış yerli toxum nümunələrinə baxıb və laboratoriyada aparılan analizlər haqqında məlumatlandırılıblar.

Nurlan Sadiqov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: