Mayın 1-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb. Müdafiə Nazirliyinindən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il mayın 1-dək 99.064.301,66 AZN, 213.577,88 ABŞ dolları, 16.336,0 avro və 5000,0 rubl vəsait daxil olub.