“Sosial Könüllülük Akademiyası”nın ilk məzunlarına sertifikatlar təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilmiş müşavirədə qarşıya qoyulan vəzifələrdən danışıb.

Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev “İdeyadan başlanğıca” layihəsi çərçivəsində görüləcək işlər haqqında məlumat verib. Nazir qeyd edib ki, “Sosial Könüllülük Akademiyası”nı uğurla başa vuran gənclər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq işlərə könüllü kimi cəlb olunacaq. Nicat Babayev gəncləri startap layihələrini təqdim etmək üçün nazirliklə əməkdaşlığa dəvət edib.  

Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, “Sosial Könüllülük Akademiyası”nda 30-dan çox gənc təlim və treyninqlərdə iştirak edib, sonda 2 mərhələli imtahandan keçiblər. “Sosial Könüllülük Akademiyası” üzvlərinin 20-sinin bu ali təhsil ocağının tələbəsi olduğu diqqətə çatdırılıb.

Daha sonra mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondu tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib, iştirakçılara sosial könüllülüyün təşviqinə dair bukletlər paylanılıb, fərqləndirici nişanlar təqdim edilib. 

Tədbirdə, həmçinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə yaradılmış “Sosial Könüllülük Akademiyası”nın ilk məzunlarına sertifikatlar da təqdim olunub. Qeyd olunub ki, 3 ay davam edəcək fəaliyyət proqramı əsasında Akademiyanı uğurla başa vuran gənclər sosial müdafiə sahəsində könüllü kimi çalışmağa cəlb ediləcəklər. 

Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: