NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş elmi konfrans keçirilib.
İnstitutun rektoru Elbrus İsayev qeyd edib ki, bu gün müstəqil Azərbaycanımızdakı bütün inkişaf istiqamətləri ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz xalqın ən çətin vaxtlarında tarixi əhəmiyyətli qərarlar verərək ölkədə gedən özbaşınalıq və xaos hallarının qarşısını almaqla Azərbaycanda demokratik, suveren dövlət ənənələrinin əsasını qoydu. Ümummilli lider xalq-dövlət birliyini formalaşdırmaqla müstəqilliyimizin əbədiliyini təmin etdi.
Sonra mövzu ilə bağlı müəllim və tələbələrin çıxışları olub.