Şəhid Vüsal Vəliyevin doğum günü münasibətilə anım mərasimi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 15-də  44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Vəliyev Vüsal İslam oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Mərasim dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları, şəhid ailələri, qazilər, hərbi qulluqçular, polis əməkdaşları, müəllimlər, millət vəkilləri, eləcə də Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycan xalqı hər zaman öz şəhidlərinin qəhrəmanlığı ilə qürur duyur, onların əziz xatirəsini dərin ehtiramla anır. Vurğulanıb ki, Vüsal Vəliyev kimi igid Vətən övladlarının şücaəti, cəsarəti və fədakarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub, xalqımız tarixi Zəfərə qovuşub.

Bildirilib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi, hərbçilərimizin peşəkarlığı və xalqımızın sarsılmaz birliyi sayəsində 30 ilə yaxın davam edən münaqişəyə cəmi 44 gün ərzində son qoyaraq şanlı Qələbə qazanıb.

Rəsmi mərasimdən sonra şəhid Vəliyev Vüsal İslam oğlunun doğulub boya-başa çatdığı Şərur rayonunun Dizə kəndində yerləşən ata evində onun əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Sonda şəhid Vəliyev Vüsal İslam oğlunun timsalında bütün şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bir daha vurğulanıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: