İlin ilk altı ayında Bakıda 2338 cinayət iş məhkəməyə göndərilib

A- A A+

Bu ilin yanvar-iyun aylarında paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən hesabat dövründə 3148 cinayət işinin istintaqı tamamlanıb, 2338 iş məhkəmələrə göndərilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının birinci yarımilə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 120 cinayət işinin ibtidai istintaqı tamamlanıb. Onlardan 70 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: