Bu ilin birinci yarımilində Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə vurulan ziyanın 73,2 %-i ödənilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda bu ilin birinci yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Bildirilib ki, sözügedən dövr ərzində ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 8 milyon 777 min 740 manat məbləğində maddi ziyanın 6 milyon 432 min 712 manatı və ya 73,2 %-nin ödənilməsi təmin edilib.
