İlin ilk altı ayında korrupsiya ilə əlaqəli 34 halda vətəndaş və vəzifəli şəxslərə xəbərdarlıq edilib

A- A A+

Bu ilin birinci yarım ilində 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, korrupsiya cinayətlərinin və digər qanun pozuntularının törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması məqsədilə prokuror təsir tədbirlərinin tətbiqi də diqqətdə saxlanılıb.

Hesabat dövründə Baş İdarə üzrə aidiyyəti dövlət qurumlarına, müəssisə və təşkilatlara ümumilikdə 67 təqdimat göndərilib, 34 halda vətəndaş və vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: