Artterapiya kurslarında ustad dərsi keçilib - FOTOLAR
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın Rəssamlar Birliyi tərəfindən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün artterapiya kurslarında ustad dərsi keçilib.
Dərsin keçilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqlara rəssamlıq sənətini sevdirmək, onların yaradıcılıq potensiallarını artırmaq və sosial reabilitasiyasına nail olmaqdan ibarətdir.