ANAMA Azərbaycanın mina problemi sahəsində gördüyü işlər ilə bağlı cari ilin sentyabrında beynəlxalq konfrans keçirməyi planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən media brifinqində agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O vurğulayıb ki, həyata keçirilən minatəmizləmə fəaliyyətinə ANAMA-dan əlavə, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, qeyri-hökumət təşkilatı və beş yerli şirkət cəlb edilib.
