Mühəndis-geoloji axtarış işləri aparılıb

A- A A+

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Naxçıvan şəhər Kazım Talıblı küçəsində yeni yaşayış binalarının layihələndirilməsi məqsədi ilə ərazidə mühəndis-geoloji tədqiqat işləri aparılıb.

Ərazinin mühəndisi-geoloji şəraitini qiymətləndirmək məqsədi ilə sahədə dərinliyi 15 metr olan 3 ədəd və 8 metr olan 1 ədəd mühəndis-geoloji kəşfiyyat quyusu qazılıb. Kəşfiyyat quyularının həcmi 53 metr  təşkil edib. Qazılan quyulardan qruntların litoloji kəsilişini əhatə etməklə kifayət qədər qurunt nümunələri götürülərək, laboratoriya şəraitində fiziki-mexaniki xüsusiyyətləri araşdırılıb və müvafiq hesabat hazırlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: