Xırdalanda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub

A- A A+

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində on beşmərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 6-sı uşaq olmaqla ümumilikdə 18 nəfər bina sakini təxliyə olunub.

Xəsarət alan olmayıb.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: