İyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanları tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, həmin şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
