FHN-in Şimal-Qərb Regional Mərkəzi təlim keçirib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Qəbələdə “Yanğınların söndürülməsi və təxliyə” mövzusunda nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilib.

FHN-in mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirin nəzəri hissəsində otelin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Tədbirin praktiki hissəsində “Həyəcan” siqnalı verildikdən sonra şərti yanğın yerinə operativ çatan Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən otel personalı və qonaqlar “təhlükəli ərazidən” təxliyə edilib, yanğın yerində operativ “kəşfiyyat aparılıb” və şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya olunub. Həmçinin Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri oteldə “köməksiz vəziyyətdə qalmış” insanları xüsusi vasitələrlə “xilas ediblər”.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: