Naxçıvanda ittifaq üzvlərinin “Yay düşərgəsi” proqramına start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 18-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən ittifaq üzvləri üçün “Yay düşərgəsi” proqramına start verilib.

Ağbulaq İstirahət Mərkəzində keçirilən açılış tədbirində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirakçılarla görüşüb. Görüş zamanı yay istirahətinin ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlam istirahətinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm sosial layihələrdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Həmkarlar İttifaqları Şurası bundan sonra da üzvlərin sosial rifahının yüksəldilməsinə xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcək.

İştirakçılar onlar üçün yaradılan şəraiti yüksək qiymətləndirərək göstərilən diqqətə görə təşəkkürlərini ifadə ediblər.

İstirahət proqramı çərçivəsində onlar üçün müxtəlif intellektual oyunlar, əyləncəli tədbirlər və canlı musiqi proqramı təşkil olunub ki, bu da onların asudə vaxtını daha rəngarəng və yaddaqalan edib.

Yay istirahəti proqramı çərçivəsində ilk mərhələdə 51 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzində istirahəti təşkil olunub.

Qeyd edək ki, yay mövsümü boyunca Həmkarlar İttifaqları Şurasının üzvləri yollayışın dəyərinin cəmi 15 faizini ödəməklə hər həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində səmərəli və yaddaqalan istirahətlə keçirə biləcəklər.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: