Kəngərli rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının növbətçi həkimi Əfruz Hüseynova NUHÇIXAN-a bildirib ki, yaralılar bu gün günorta saatlarında Təcili Tibbi Yardım briqadaları tərəfindən xəstəxanaya gətirilib.
Bildirilib ki, xəsarət alanlar ilkin tibbi müayinədən keçirilib və hazırda onların müalicəsi davam etdirilir. Xəstələr müvafiq şöbələrə yerləşdirilib və vəziyyətləri orta-ağır qiymətləndirilir.
