Naxçıvanda ilin birinci yarımili ərzində törədilən cinayətlərin 96,2 %-i açılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında bu ilin birinci yarımili ərzində törədilən cinayətlərin 96,2 %-i açılıb

NUHÇIXAN xəbər verir ki, bu barədə iyulun 20-də Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2026-cı ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsində məlumat verilib.

Qeyd olunub ki, ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayı azalıb. Daxili işlər, eləcə də dövlət təhlükəsizlik orqanları ilə birgə səmərəli əməkdaşlıq nəticəsində cinayətlərin açılması 96,2 % təşkil edib.

Qeydə alınmış cinayətlərin sayının azalmasında mühüm rol oynayan hüquqi maarifləndirmə, qanunvericiliyin izahı və sair profilaktiki tədbirlərin əhəmiyyəti vurğulanıb, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin daha da artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliy qeyd edilib.

Həmçinin vurğulanıb ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının prokurorluq, daxili işlər, gömrük və digər istintaq qurumları tərəfindən 64 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib, muxtar respublikanın prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, hüquqi və fiziki şəxslərə vurulmuş 599 min manat məbləğində maddi ziyanın 484 min 204 manatı və ya 81%-nin ödənilməsi təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: