Polis çətənə bitkiləri aşkarlayıb

A- A A+

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən baxış zamanı onun Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Gülməmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: