Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatıb

A- A A+

Kəngərlidə baş verən avtoqəzada ölənlərin sayı ikiyə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu gün qəza zamanı xəsarət alanlardan biri – 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı isə müalicə aldığı Naxçıvan Muxtar Respublika Xəstəxanasında vəfat edib.

Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: