Tibbi xidmətlərdə 20 faiz güzəşt

A- A A+

Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikası Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi şəxsində vətəndaşlara göstəriləcək tibbi xidmətə bayram güzəştləri ediləcək. Güzəştlər  ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar olaraq həyata keçirilir. May ayının 1-dən 31-dək vətəndaşlara göstəriləcək tibbi xidmətlərə 20 faiz həcmində    güzəştlər olunacaq.

Bu müddətdə vətəndaşlar Diaqnostika-Müalicə Mərkəzində həyata keçirilən tibbi xidmətin ambulator, laborator müayinələrindən yararlana bilərlər. Pasientlərə ay ərzində stasionar müayinə-müalicə təminatı da verilir. Onlar  həmçinin cərrahi xidmətlərlə əhatə ediləcək və həkim məsləhəti  alacaqlar.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: