“Gələcəyini planlaşdır”ın ilk təlimi yekunlaşıb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” təlimlərinin Naxçıvan şəhərindəki ilk təlimi yekunlaşıb.  

Naxçıvan şəhərində keçirilən iki günlük ilk təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova iştirakçılara pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarəedilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumatlar verib. Qarşılıqlı diskusiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb. Bu gün keçirilən təlim iştirakçılarına sertifikatların verilməsi mərasimində 55 iştirakçısıya sertfikat və hədiyyələr təqdim olunub. Növbəti təlim Babək rayonundan olan qadınlar üçün nəzərdə tutulub.
 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: