Ötən üç ayda xarici kvalifikasiyaların tanınması üzrə 11 saxta diplom aşkarlanıb

A- A A+

2026-cı ilin II rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1276 müraciət daxil olub. Onlardan 1105-i üzrə müsbət, 171-i üzrə isə mənfi qərar qəbul edilib.

Bu barədə NUHÇIXAN-a Agentlikdən məlumat verilib. Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 81 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 23 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 11 autentik (həqiqi) olmayan diplom, 11 əhəmiyyətli fərq, 10 təhsilalma forması, 7 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma səbəbləri müəyyənləşib. Həmçinin 5 ekvivalenti olmayan ixtisas, 3 ixtisas uyğunsuzluğu, 3 əhəmiyyətli fərq, akkreditasiyasız ali təhsil müəssisəsi və müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 autentik olmayan diplom müəyyən edilib. Bununla yanaşı, akkreditasiyadan keçməmiş ali təhsil müəssisəsi (ATM) və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və akkreditasiyasız ali təhsil müəssisəsi, 1 bakalavr diplomu üzrə imtina verilmə, 1 bakalavr diplomu üzrə imtina verilmə və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 bakalavriat səviyyəsi üzrə təhsilin olmaması, 1 əczaçılıq (qiyabi), 1 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və ekvivalenti olmayan ixtisas, 1 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və tədris yükü, 1 tədris yükü, 1 tədris yükü və akkreditasiyasız ATM kimi səbəbləri göstərmək mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: