Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN xəbər verir ki, hadisə gecə saatlarında rayonun Məmmədsabir kəndi ərazisində qeydə alınıb. "Mercedes" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1978-ci il təvəllüdlü Seyidov Namiq Nərman oğlu ağır xəsarət alıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılaraq müalicəyə cəlb edilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
