FHN: Dənizdə batdığı ehtimal olunan üç nəfərin axtarışları davam etdirilir - VİDEO
İyulun 6-da Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsində, iyulun 15-də Mərdəkan qəsəbəsində və iyulun 16-da Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki "Daçnik" adlanan nəzarətsiz çimərlik ərazisində dənizdə batdığı ehtimal edilən üç nəfərin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, axtarışlar 2007-ci il təvəllüdlü Zeynəb Məmmədzadənin, 2004-cü il təvəllüdlü Elgün Qarayevin və 2003-cü il təvəllüdlü Rəhman Əmirovun batdığı ehtimal olunan istiqamətlər üzrə aparılır.
Hazırda axtarış-xilasetmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz davam etdirilir.
Əlavə məlumat veriləcək.