DƏMX: İsti hava şəraitində işçinin səhhətinin pozulması ilə bağlı məlumat əsasında araşdırma aparılır

A- A A+

Cari ilin yay mövsümü ərzində isti hava şəraiti ilə əlaqədar işçinin səhhətinin pozulmasına dair Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) 1 məlumat daxil olub.

NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq DƏMX-dən məlumat verilib.

Bildirilib ki, isti hava şəraiti ilə əlaqədar işçinin səhhətinin pozulması hadisəsi regionların birində baş verib. Həmin məlumat əsasında hazırda araşdırma aparılır.

Eyni zamanda, qeyd olunub ki, DƏMX tərəfindən ilin isti dövründə əmək qanunvericiliyinin bu sahədə müəyyən etdiyi tələblər və həmin tələblərə əməl olunmasının vacibliyi barədə işəgötürənlər və işçilər media, xidmətin rəsmi internet səhifəsi, sosial media hesabları, eləcə də maarifləndirici seminar və təlimlər vasitəsilə mütəmadi olaraq məlumatlandırılırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: