Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxs ölkə xaricindən Azərbaycana ekstradisiya olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında qeyd olunub.
Bildirilib ki, həmçinin müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi təmin edilib.
