DİN: Ötən gün 45 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

A- A A+

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 24-də ümumi çəkisi 45,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, həmçinin yabanı halda bitmiş 4 ton çəkidə 17 min 782 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Hər iki istiqamətdə tədbirlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: