Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə İkinci Dünya müharibəsində iştirak edən, həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Fondun yerli orqanları birdəfəlik maddi yardımları sərəncamın şamil olunduğu hər bir şəxsin plastik bankomat kartına köçürüb. Belə ki, 21 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 (min) manat, 737 nəfər digər kateqoriyadan olan şəxslərin isə hər birinə 500 (beş yüz) manat məbləğində birdəfəlik müavinət ödənilib.